Sabiq Prezident: “Artıq Qarabağ məsələsi həll olunub” - ŞƏRAİT BUNA GƏTİRDİ, SAZİŞ İMZALANMALIDIR

  • By admin
  • 27 Sentyabr 2022 09:06

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Ermənistan İctimai TV-yə müsahibə verib.

Gununsesi.info-nun xəbərinə görə, sabiq prezident Qarabağ məsələsi ilə bağlı yaranmış durum haqqında sensasion açıqlamalar verib.

Onun sözlərinə görə, artıq Qarabağ məsələsi həll olunub:
“Artıq Ermənistanın Qarabağda səs hüququ yoxdur, Ermənistanın Qarabağda rolu yoxdur”.

Ermənistan Respublikasının eks-prezidenti bəyan edib ki, Ermənistanı Azərbaycan və Türkiyə ilə ağrılı qərarların, sazişlərin imzalanması gözləyir:

“ABŞ-ın imkanı var ki, vəziyyətimizin daha da çətinləşməməsi və bizim üçün az-çox məqbul bir həll yoluna gəlməmizə yardım etsin. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın imkanları xeyli zəifləyib.

Ölkə çətin və ağrılı qərarlar qarşısındadır. Bununla belə, bunun alternativi yoxdur.

Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtula bilsək, o zaman ağrılı qərarlardan qaça bilərik – bu sadəlövhlükdür. Kim gəlsə, eyni, bəlkə də daha pis sənədə imza atacaq.

Onların Ermənistandan nə istədiklərini anlamaq və ən az ağrılı həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atır-atsın, onu “satqın” adlandıracaqlar”.

Sabiq prezident etiraf edib ki, əbu kapitulyasiyadır:
“Şərait buna gətirib çıxardı. Amma heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçiblər. Qonşularla barışıq sənədləri imzalanmasa, dövləti yenidən qurmalı olacağıq”.

Gununsesi.info