Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili evini turistlərin istifadəsinə vermək qərarına gəlib.
Gununsesi.org gürcü KİV-nə istinadən xəbər verir ki, Marqvelaşvili Duşetidəki evinin həyətində tikdiyi koteci gecəsi 80 dollara kirayəyə verir. Evə gedən yol ailənin bağından keçir.
Qeyd edilir ki, keçmiş prezident qonaqlara yemək üçün Belarus lideri Aleksandr Lukaşenkonun göndərdiyi və Marqvelaşvilinin öz əlləri ilə əkib-becərdiyi kartoflardan verəcək. Desertdə isə turistləri Azərbaycan prezidenti İlham Əliyevin bağışladığı nar ağacının məhsulu gözləyir.
Evin bronlaşdırılması prosesini sabiq prezidentin qızı Anna Marqvelaşvili idarə edir. Beynəlxalq bronlaşdırma saytında yerləşdirilən elanda qeyd edilir ki, kirayələmə üçün 4 iyuna qədər qeydiyyatdan keçənlərə 20% endirim ediləcək.
Gununsesi.org