Perunun sabiq prezidenti Pedro Pablo Kuçinskiyə 10 günlük həbs cəzası verilib.
Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 2016-2018-ci illərdə prezident olan Kuçinski korrupsiyada ittiham edilir.
Xatırladaq ki, “Oberdecht” inşaat şirkəti ətrafında baş vermiş korrupsiya skandalları ilə bağlı Perunun həyatda olan 4 sabiq prezidenti dindirilib.
Bu şirkətlə əlaqəsi üzə çıxdıqdan sonra Kuçinski ötən ilin 23 martında vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı.
Hazırda faktla bağlı istintaq davam edir.
Gununsesi.org