Sabiq prezident insult əlamətləri ilə xəstəxanaya yerləşdirildi

  • By admin
  • 13 Sentyabr 2016 22:41

simon-peres

İsrailin sabiq prezidenti Şimon Peres insult əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info-nun APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Onuncu kanal” telekanalı məlumat yayıb.

“Onun vəziyyəti stabildir və huşu özündədir”, – deyə telekanal 93 yaşlı siyasətçinin ofisinə istinadən bildirib.

Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib.

O,  (həmçinin İsrailin o zamankı prezidenti İtshak  Rabin və Fələstin prezidenti Yasir Ərəfat) 1993-cü ildə Fələstinlə sülh sazişi imzaladığına görə Nobel mükafatına layiq görülüb.

Gununsesi.info