Sabiq prezidentdən şok açıqlama. O Kremli hədələdi.
Gununsesi.info “Reuters”-ə xəbər verir ki, Ukraynanın birinci prezidenti Leonid Kravçuk Rusiyanın məhv olacağı və sonun günün nə zaman baş verəcəyini açıqlayıb.
“Əgər Kremldəkilərin ağlına Ukraynanı özlərinə tabe elətdirmək barədə ağılsız və ağlasığmaz ideya gələcəyi gün- Rusiyanın bir dövlət olaraq sonuncu günü olacaq”- deyə, L. Kravçuk vurğulayıb.
Sabiq prezident deyib ki, Kreml belə addm atacağı təqdirdə bir dövlət olaraq məhv olacaq: “Rusiyaya heç bir zaman Ukraynanı özünə tabe elətdirmək nəsib olmayacaq. Heç zaman Ukraynanı özünün təsir dairəsində saxlaya bilməyəcək”.
Kravçukun fikrincə, Ryusiyann Ukraynanı öz təsir dairəsinə salmaq üçün gücü çatmayacaq: “Ona görə ki, Rusiya ümumiyyətlə bütün dünya tərəfindən təcridə məruz qala bilər və elə bu da Rusiyanın sonu deməkdir.
Moskva bunu yaxşı anlayır. Sadəcə onlar bizi təxribatla qorxudurlar. Biz Müstəqillik günü ilə bağlı bayrama hazırlaşmayaq”. L.Kravçuk əlavə edib ki, bununla belə Rusiya Ukraynanı öz təsir dairəsindən buraxmamağa çalışacaq: “Ancaq Ukraynanın Rusiyanın təsir daidrəsindən çıxmaq şansları var”.
Gununsesi.info