Sabiq prezident müalicə olunmaq üçün Almaniyaya gedib

  • By admin
  • 12 Sentyabr 2017 16:12

09

İraqın sabiq prezidenti, Kürdüstan Vətənpərvərlər Birliyinin (KVB) sədri Cəlal Tələbani səhhəti ilə bağlı Almaniyaya gedib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Kürdüstan Vətənpərvərlər Birliyi məlumat yayıb.

Belə ki, C.Tələbani tibbi müayinədən keçmək üçün Almaniyanın paytaxtı Berlinə səfər edib.

Xatırladaq ki, İraqın sabiq prezidenti C.Tələbani 18 dekabr 2012-ci il tarixində İraqın paytaxtı Bağdadda beyin qanaması keçirib və müalicə olunmaq üçün Almaniyadakı xəstəxanalardan birinə göndərilib.

Anar

Gununsesi.info