Sabiq prezidenti ikinci dəfə dəfn etdilər…

  • By admin
  • 19 Noyabr 2016 11:49
kac
Rusiyanın Smolensk  vilayətində aviaqəzada dünyasını dəyişən Polşanın sabiq prezidenti Lex Kaçinski və xanımı Mariya yenidən dəfn edilib.
Gununsesi.info Polşa mediasına istinadən xəbər verir ki, noyabrın 15-də sabiq prezidentin və xanımının cəsədi qalıqları təkrar  araşdırılması məqsədi ilə eksiqumasiya olunub.
İlkin qeyri-rəsmi məlumatlara görə,  qəbirlərin açılması zamanı bir daha sübut olunub ki,  prezident və birinci ledinin ölümünə səbəb  aviaqəzalara məxsus olan daxili orqanlarda çoxsaylı zədələnmə, baş nahiyəsində sınıq və zədələr olub. Sabiq prezidentin  ölümünə səbəb olan rəy 4 aydan sonra  14 nəfərdən ibarət beynəlxalq qrup üzvləri  tərəfindən veriləcək.
Prezidentin  təkrar dəfninin əvvəlcə qapalı keçirilməsi nəzərdə tutulsa da, son anda dəfn mərasiminə Polşanın indiki prezidenti Anjey Duda və xanımı,  baş nazir Beata Şidlo, prezidentni əkiz qardaşı, hakim “Hüquq və ədalət” Partiyasının  lideri  Yaroslav Kaçinski, həmçinin,  Lex Kaçinskinin qızı Marta iştirak edib.
Dəfn mərasimi Krakovo şəhərindəki  Vavelskiy Kafedral  məbədində baş tutub.
Gununsesi.info