Sabiq prezidentin məhkəməsi başlanıb - POROŞENKO DÖVLƏTƏ XƏYANƏTDƏ İTTİHAM OLUNUR

  • By admin
  • 17 Yanvar 2022 17:00

Bu dəqiqələrdə, Kiyevə qayıdan Ukraynanın sabiq prezidenti Petr Poroşenkonun məhkəməsi başlanıb. 

Gununsesi.info xəbər verir ki, Poroşenko dövlətə xəyanətlə bağlı işinə baxılmalı olan Peçersk Rayon Məhkəməsinə gəlib.

HTML tutorial

Məhkəmə binasında tərəfdarları qarşısında çıxış edən eks-Prezident məhkəmə iclasının satqınlar tərəfindən təşkil edildiyini deyib.

Poroşenko məhkəməyə həyat yoldaşı ilə gəlib.

Sabiq prezident məhkəmənin ona qanunsuz olaraq dövlət vəkili təyin etməyə çalışmasından narazalıqğını bildirib və bu xidmətdən imtina edib.

 

 

Gununsesi.info