Sabiq prezidentin oğlu nəzarətə götürülüb

  • By admin
  • 11 Noyabr 2017 09:00

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixayil Saakaşvilinin oğlu saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə cümə günü Saakaşvili öz Facebook hesabında yazıb.

“İki saat əvvəl Ukraynın Borispol hava limanında 11 yaşlı oğlum və onu müşayət edən Gürcüstan dövlət mühafizə xidmətinin əməkdaşı saxlanılıb. Bütün sənədləri qaydasında olmasına baxmayaraq heç bir səbəb göstərmədən onları 2 saatdır ayrı-ayrı otaqlarda saxlayırlar. Vəziyyəti araşdırmaq üçün hava limanına gedirəm”,- deyə Saakaşvili yazıb.

Gununsesi.info