Sabiq prezidentin qızı həbs olundu

  • By admin
  • 28 İyul 2017 09:52
gulnare
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub. 
Gununsesi.info “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin (168, 178, 182, 189, 228 və 243-cü) maddələri ilə ittiham irəli sürülüb.

.Kərimova ilə əlaqədə olan cinayətkar dəstə də aşkar edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, dəstə 12 ölkədə, o cümlədən Rusiyada fəaliyyət göstərib.

Özbəkistanın mərhum eks-prezidentinin iki qızından bir olan Gülnarə Kərimova vaxtilə Orta Asiyanın ən güclü adamlarından biri idi. Hətta onu atası İslam Kərimovdan sonra prezidentliyə iddialı olan namizədlər sırasında görürdülər. Kərimovanın özü da zaman-zaman iddialarını gizlətməmişdi..

Gülnarə Kərimova 1972-ci il iyulun 8-də anadan olub. O, 1991-ci ildə ABŞ vətəndaşı olan özbək əsilli Mansur Maqsudla ailə qurub. Bu nikahdan 1993-cü ildə oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib. 2001-ci ildə onların nikahı pozulub.

G.Kərimova bir müddət xarici işlər nazirinin müavini işləyib. Daha sonra güclü iş adamlarından biri kimi tanınıb.

Gununsesi.info