Sabiq prezidentin vəfatı ilə bağlı səfirlikdə xatirə kitabı açılacaq

  • By admin
  • 09 Yanvar 2017 11:25

iran

İranın sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Səfirlikdən Gununsesi.info-ya verilən məlumata görə, kitab yanvarın 10-da və 11-də saat 10:00-dan 12:00-a və 15:00-dan 17-yə qədər açıq olacaq.

Keçmiş prezidentin ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi və Baş Konsulluğunun binasında bayraqlar endirilib.

Xatırladaq ki, Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də 82 yaşında vəfat edib.

Gununsesi.info