Sabiq prokurorun oğlu şəhid olub – FOTO

  • By admin
  • 02 Dekabr 2020 19:16

İkinci Qarabağ savaşı şəhidləri arasında məmur övladları da var.

Gununsesi.info verir ki, onlardan biri də Yüksəl Əlizadədir. Şəhid Y. Əlizadə özü Gəncə Şəhər Prokurorluğunda işləyib və müharibə başlayan gündən könüllü döyüşə yollanıb. Yüksəl kəşfiyyatçı olub.

Qeyd edək ki, şəhidin atası İlqar Əlizadə Yevlax rayonunda prokror müavini vəzifəsində çalışıb. Daşkəsən rayonunun prokuroru olub.

Digər qardaşı isə hazırda prokurorluqda böyuk müstəntiq işləyir. Anası isə Gəncə Dövlət Universitetində kafedra müdiridir. Allah rəhmət etsin.

Gununsesi.info