Sabiq səfir casusluq ittihamı ilə həbs edildi

  • By admin
  • 04 Dekabr 2023 13:52

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq ittihamı ilə Mayamidə saxlanılıb.

Gununsesi.info xəbər verir ki, “Associated Press” danışan və adının çəkilməsini istəməyən iki yüksək vəzifəli məmur Federal Təhqiqatlar Bürosunun (FTB) Kubaya qarşı uzun müddətdir ki, “əks-kəşfiyyat” araşdırması apardığını qeyd edib.

Səlahiyyətlilər istintaq zamanı ABŞ-ın Boliviyadakı keçmiş səfiri 73 yaşlı Roçanın saxlanıldığını bildirib.

Bildirilib ki, Roça ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Kubanın maraqlarına xidmət etməkdə” ittiham olunub.

Məsələ ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.

Gununsesi.info