Sabiq səfir ölən qızından yazdı: “Bəlkə onda bu fəlakət də baş verməzdi…” - FOTO

  • By admin
  • 14 Sentyabr 2021 10:47

Humayı itirməyimizdən 6 ay keçdi. 6 uzun və dərdli ay… Hər günü beyində və ürəkdə qurulan məhkəmələr, özünə yönəlik ittihamlarla dolu 6 ay. “Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə onda bu fəlakət də baş verməzdi…” – düşüncəsinin verdiyi çəkilməz əzab…

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı keçmiş səfiri, professor Vilayət Quliyev sosial şəbəkədə yazıb və qızının fotosunu paylaşıb.

O bildirib ki, qızının gördüyü işlərlə fəxr edir: “Amma hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram…”

Şəkil son xidmət yerində – Kolumbiyada çəkilib.

Gununsesi.info