Sabiq TDQK sədri deputatı özünü həkimə göstərməyi məsləhət gördü

  • By admin
  • 19 Aprel 2017 14:30
vurqun
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK)  sabiq sədri Vurğun Əyyub da deputat Araz Əlizadənin  “Facebook”-da olanları “avar yığınağı” adlandırmasına sərt reaksiya verib.
 Gununsesi.info xəbər verir ki,  V. Əyyub  bir çoxlarının, o cümlədən, deputat Araz Əlizadənın  “Facebook”-da dedi-qodu səviyyəsində yazıların getməsindən gileylənib.
“Onların fikrincə, “Facebook” səhifəsində belə fikirlər çoxluq təşkil edir və belələri daha çox oxunur. Burda sözsüz ki, həqiqət var!
Amma unuduruq ki, burada çox ciddi, maraqlı mülahizələr, fikirlərlə dolu yazılar da az deyil.
Araz Gündüzün, Firuz Mustafanın, Qubad İbadoğlunun və bir çoxlarının (hamının adını çəkmək mümkün olmadığından, üzr diləyirəm)  ən müxtəlif problemlər barədə gərəkli, maraqlı statusları yetərincədir.
Təbii ki, ciddi adamlar (hər zamanda belələrinin sayı nisbətdə az olub) ciddi statuslara daha çox diqqət yetirir!
Odur ki, “Facebook”-u avara adamların toplantısı hesab edənlərin özünün həkim tərəfindən yoxlanılması vacibdir!”
araz
Gununsesi.info