Sabiq vicdan məhbusu AŞ PA-da

  • By admin
  • 18 İyun 2016 11:49

Parviz nHashimli

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru, “Gununsesi.info” xəbər portalının rəhbəri, sabiq vicdan məhbusu Pərviz Həşimli Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak edəcək. Sessiya çərçivəsində Pərviz Həşimlinin AŞPA üzvləri, eləcə də bir sıra beynəlxalq qurumların təmsilçiləri ilə görüşləri olacaq. Azərbaycanda insan hüquqları və medianın durumu müzakirə olunacaq.

HTML tutorial

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 20-24-dək davam edəcək. Sessiyada Türkiyədə demokratik təsisatların durumu ayrıca müzakirə mövzusu olacaq. Bundan başqa Yunanınstanın baş nazirinin də sessiyada çıxış edəcəyi gözlənilir.