Sabir Əhmədlinin 85 illiyinə müvafiq qurumların laqeyd münasibətinin səbəbini anlamadım - DEPUTATDAN ETİRAZ

  • By admin
  • 15 İyul 2017 21:45

fazil

“Dəyərli yazıçımız, şəxsiyyəti ilə hər kəsə nümunə olacaq böyük ziyalımız, Vətən üçün övladını şəhid vermiş mərhum Sabir Əhmədlinin 85 illiyinə müvafiq qurumların laqeyd münasibətinin doğrusu səbəbini anlamadım. Hətta xəbərlərin birində oxudum ki, onun kitabları da latın əlifbası ilə çapdan çıxan kitabların siyahısında yoxdur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, bunlara məncə təəssüflənmək lazımdır, ancaq üzülmək lazım deyil.

“Oğlu bu Vətən üçün şəhid olub, qardaşı Cəmil Əhmədov böyük şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı olub, özü də Azərbaycanın gəlmiş-keçmiş sanballı söz ustalarından, həm də ləyaqətli ziyalılarından olub. Mərhum Sabir Əhmədli üçün bunlardan uca daha hansı qiymətləndirmə istəyirik? Allah ruhunu şad etsin və şəhid övladının ruhu qarşısında bizləri utandırmasın!”-deyə, millət vəkili sonra yazıb.

Gununsesi.info