Sabir İlyasov ordenlə təltif edildi – SƏRƏNCAM

  • By admin
  • 24 Fevral 2020 16:05

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir İlyasovun təltif edilməsi haqqında sərəncam imzalayıb.  

Gununsesi.org bildirir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Gununsesi.org