Sabir Rüstəmxanlı VHP-çilərin sayını açıqladı

  • By admin
  • 28 Mart 2023 15:57

“Vətəndaş Həmrəyliyi Partiyasının üzvlüklə bağlı problemi yoxdur. Qanunda tələb olunan 5 mindən çox partiya üzvümüz  var.  12 min nəfərin üzvlüyü ilə bağlı sənədləri qanunun tələb etdiyi formada hazırlamışıq. Ədliyyə Nazirliyi nə zaman istəsə, təqdim etməyə hazırıq”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra bir sıra partiyaların üzvlük problemi yaranıb.

Qanunda tələb olunan 5 min üzvü toplaya bilməyən bəzi partiyalar artıq fəaliyyətini dayandırıb.

Sabir Rüstəmxanı bildirir ki, rəhbəri olduğu təşkilat Azərbaycanın ilk siyasi qurumlarından biridir və bu gün cəmiyyətdə xüsusi yeri var: “Qanunun qəbulunundan bir həftə sonra biz üzvlərimizin sayını yenidən dəqiqləşdirdik”.

Mais

Gununsesi.infi