Sabir Rüstəmxanlıya hörmətsizlik edən Rəfael Hüseynovun məsələsi VHP-də müzakirəyə çıxarılıb

  • By admin
  • 10 Dekabr 2025 12:58

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Milli Məclisdə vitse-spiker Rafael Hüseynovla onun təmsil olunduğu VHP-nin sədri Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.

Xatırladaq ki, Rəfael Hüseynov Sabir Rüstəmxanlının sözünü kəsərək ona hörmətsizlik edib.

Bu zaman isə tərəflər arasında mübahisə düşüb.

Gununsesi.info-nun VHP-dən əldə etdiyi məlumata görə, Hüseynovun bu hərəkəti partiya daxilində etirazla qarşılanıb.

Ona görə də VHP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının bugün keçirilən iclasında Rəfael Hüseynovla bağlı məsələyə baxılacaq.

 

Gununsesi.info