Sabairabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəzində rayonun Polad Tuğay kənd sakini, 38 yaşlı Ceyhun Ağayev şübhəli şəxs qismində saxlanılıb.
Gununsesi.info xəbər verir ki, əməliyyat məlumatı əsasında onun həyətyanı sahəsinə baxış keçirilərkən 5 ədəd 2 metrə yaxın hündürlüyü olan narkotik tərkibli çətənə kolları aşkar edilib. Aqrotexniki ekspetizanın rəyinə görə, çətənə kolları yabanı halda deyil, kultivasiya yolu ilə xüsusi qulluq edilməklə becərlib. İlkin dindirilmə zamanı Ceyhun Ağayev törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info