Sabirabad rayonunda yol qəzası olub, iki nəfər xəsarət alıb

  • By ilhame
  • 14 İyun 2024 22:50

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Qalağayın kənd sakinləri – 1948-ci il təvəllüdlü Kərimov Aydın Əhməd oğlu və 1986-cı il təvəllüdlü Əliyev Xəyal Nəbi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info