
Fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a bildirib ki, şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneçilik törətməsidir.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.
10:35
Sabirabad sakini öz avtomobilini yandırıb.
Gununsesi.info xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.
Görüntülərdə kişinin əlindəki yanacağı “Mercedes-Benz” markalı avtomobilinin üzərinə tökməsi və yandırması əks olunub.
Həmin videonu təqdim edirik:
Gununsesi.info