
Sabirabad polisi tərəfindən Həyata keçirilən əməliyat zamanı Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.Əməliyyat nəticəsində 120 kq-dan çox narkotik vasitə zərərsizləşdirilərək dövriyyədən çıxarılıb.
Gununsesi.info xəbər verir ki Xaş-xaş 2016 kompleks tədbir planına əsasən Sabirabad rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliiyat axtarış işləri zamanı küllü miqdarda narkotik vasitə olan çətənə kolları aşkar edilib.Beləki aparılan əməliyyat zamanı rayonun Türkədi kənd sakini, 55 yaşlı Sadiq Şıxəliyevin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilən çətənə kolları o cümlədən qurudulmuş marixuana zərərsizləşdirilib. Sadiq Şıxəliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman 0,01 hektar ərazidə əkilən hündürlüyü 2,1 Və 3,3 metr ümumi çəkisi 106 kiloqram 750 qram olan 56 ədəd çətənə kolları, eyni zamandı kökündən çıxarılan ümumi çəkisi 16 kq olmaqla çətənə kollarının gövdəsi üzə çıxıb.Bundan başqa həyətyanı sahədə yerləşən əl damından və yaşadığı evin yataq otağından ümumi çəkisi 8 kq 10 qram olan 33 ədəd selofan torbalarda və ədəd kisəyə yığılmış qurudulmuş marixuana xeyli miqdarda pul və elektron tərəzidə aşkar edilib. Saxlanılan şəxs əməllərini etiraf edərək narkotik vasitələri satış məqsədi üçün əkib becərdiyini bildirib.
Hazırda faktla bağlı cinayət işi açılıb istintaq davam etdirilir.
Gununsesi.info