Sabirabadda ərlə arvadın mübahisəsi qanla bitdi

  • By admin
  • 26 Dekabr 2022 21:26

Sabirabadda ər arvadını bıçaqlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Rüstəmova Fərqanə Yaşar qızı bədənin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, aralarında yaranmış mübahisə zamanı F.Rüstəmova əri tərəfindən bıçaqlanaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info