Sabirabadda 16 yaşlı qız intihar etdi

  • By admin
  • 11 İyul 2020 09:16

Sabirabadda intihar hadisəsi baş verib.

Gununsesi.org bildirir ki, APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndində qeydə alınıb.

Kənd sakini, 2004-cü il təvəllüdlü Əliyeva Məleykə Elşən qızı yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.org