Sabirabadda 42 yaşlı qadın dəm qazından boğularaq ölüb

  • By Günel
  • 30 Noyabr 2024 23:01

Sabirabad rayonunda qadın dəm qazından boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Axtaçı-Muğan kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Əlimərdan qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info