Sabirabadda abort olunan ana Bakıda öldü

  • By admin
  • 28 İyun 2019 12:03

Bakıda övladı bətnində ölən qadın özü də xəstəxanada vəfat edib.

Gununsesi.org-un verdiyi xəbərə görə, Sabirabad rayon sakini Simarə Babaşova iyunun 24-də 32 həftəlik hamiləlik və ölü dölün düşməsi diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həmin gün abort əməliyyatı olunub.

Əməliyyatdan sonra Babaşovanın halı pisləşib, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə Bakıda yerləşən Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Həmin xəstəxananın reanimasiya şöbəsində S.Babaşovaya aparılan intensiv terapiya tədbirlərinə baxmayaraq iyunun 27-i saat 10 radələrində orada vəfat edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.org