Sabirabadda ağır qəza: 4 nəfər yaralandı

Sabirabadda yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

“Mercedes sprinter” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə “Mercedes”də olan 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər Sabirabad rayon xəstəxanasına yerləşdirilib, digər 2 nəfərə ambulator yardım edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info