Sabirabadda ağır yol qəzası - 1 ÖLÜ, 8 YARALI

  • By admin
  • 30 Dekabr 2017 21:12

Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəzada ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub.

“Mercedes” markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobili idarə edən Əhmədov Əjdər hadisə yerində ölüb.

“Mercedesin” sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı,  1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu, “Azsamand” markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmannov Səməd Tahir oğlu, daha 4 nəfər yüngül xəsarət alıb.

Xəsarət alanlardan 3 nəfəri azyaşlı uşaq olduğu bildirilir.

Gununsesi.info