Sabirabadda avtomobil 12 yaşlı velosipedçini vurub

  • By admin
  • 21 İyul 2017 20:59

qeza_piyada_374765t
Sabirabad rayonunda yol-nәqliyyat hadisәsi baş verib.

APA -nın verdiyi mәlumata görә, hadisә rayonun Şıxsalahlı kәndindә qeydә alınıb.

“Mercedes ” markalı avtomaşın velosipedçi, Hacıqabul rayon sakini, 2005 -ci il tәvәllüdlü Mehdiyev Elməddin Mətləb oğlunu vurub. O, Şirvan şәhәr xәstәxanasına yerlәşdirilib, vәziyyәti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info