Sabirabadda avtomobillər toqquşub, ölən var

  • By ilhame
  • 02 Yanvar 2024 19:48

Sabirabadda bir nəfərin ölümcül yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun Aran bürosunun məlumatına görə, hadisə rayonun Minbaşı-Qarağac kəndi istiqamətində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil “Hundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində rayonun Azadkənd kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Nəbi Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həkimlərin səyinə baxmayaraq, N. Hüseynovun həyatını xilas etmək mümkün olmayıb

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info