Sabirabadda bədbəxt hadisə baş verib

  • By ilhame
  • 02 Avqust 2024 13:52

Sabirabadda 10 yaşlı uşağı avtomobil vurub.

 

Gununsesi.info -nun məlumatına görə, hadisə Sabirabad rayonunun Azadakənd kəndində qeydə alınıb.

 

“Mercedes Atego” markalı yük avtomobili kənd sakini, 2014-cü il təvəllüdlü Aftandil Kamran oğlu Abdullazadəni vurub.

 

Ağır xəsarət alan 10 yaşlı piyada Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info