Sabirabadda bədbəxt hadisə baş verib

  • By ilhame
  • 19 İyul 2024 22:58

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Bağırov Mehdi Maşallah oğlu evdə valideynlərinin nəzarətindən yayınaraq pilləkəndən yıxılıb.

 

İlkin məlumata görə, ağır kəllə-beyin travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info