Sabirabadda bədbəxt hadisə - 3 UŞAQ ATASIZ QALDI

  • By admin
  • 08 Sentyabr 2019 16:15

Sabirabadda üç uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.org xəbər verir ki, hadisə Qarağac kəndində baş verib.

Belə ki, Səfər Səfərov şəxsi evində su aparatının mühərrikini təmir edərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org