
Sabirabadda baş verən avtoqəzada ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, saat 01.30 radələrində Sabirabad rayonunun Sarxanbəyli kəndində motosikletlə “VAZ 2107” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Salyan rayon xəstəxanasına yerləşdirilən Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Abdullayev Vüsal Tapdıq oğlunun ayağının amputasiya ediləcəyi söylənilir.
Qəza nəticəsində xəsarət alan Sarxanbəyli kənd sakinləri, 1977-ci il təvəllüdlü Əliyev Ramin Əmrah oğlu qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, 1986-cı il təvəllüdlü Əliyev Rəşad Taqət oğlu (sol bud sümüyünün əzilməsi) və 1987-ci il təvəllüdlü Məmmədov Tural Kamil oğlu (çanağın əzilməsi) isə travmatologiya şöbəsinə yerləşdiriliblər.
Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralılardan birinə kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Sabirabad rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info