
Sabirabadda baş verən avtoqəzada 52 yaşlı qadın ağır xəsarət alıb.
APA-nın məlumatına görə, Sabirabad rayonunun girişində “Opel” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdən birində olan sərnişin, Saatlı rayonunun Məzrəli kənd sakini, 1965-ci il təvəllüdlü Əliyeva Qərənfil Əyyub qızı ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Gununsesi.info