Sabirabadda birmərtəbəli ev alovlandı

  • By admin
  • 01 Avqust 2021 09:09

Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info