Sabirabadda camaatın banka qoyduğu pullar “Tik-Tok”da xərclənib

  • By ilhame
  • 21 Fevral 2024 21:19

Sabirabadda camaatın banka qoyduğu pullar “Tik-Tok”da xərclənib.

 

Gununsesi.info xəbər verir ki, “Bank Respublika”nın Sabirabad filialında 8 əmanətçinin 160 min manata yaxın pulu yoxa çıxıb.

 

Bankın müştəri xidməti üzrə baş mütəxəssisi Rail Hüseynov əmanətçilərin pullarını “Tik-Tok” istifadəçilərinə hədiyyə olaraq göndərməkdə günahlandırılır.

 

Onun barəsində 158 min 969 manatlıq yeyinti ittihamı ilə cinayət işi başladılıb.

Gununsesi.info