
Sabirabadda dəhşətli qətl törədilib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.
Röyal Məmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info