Sabirabadda gənc bıçaqlanıb

  • By admin
  • 10 Noyabr 2021 22:58

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Zəngənə kəndində qeydə alınıb.

HTML tutorial

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan 20-25 yaş arasında olan gənc bıçaqlanıb.

Yaralı çoxlu qan itirdiyindən təcili olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info