Sabirabadda kişi sirkə turşusu içdi: reanimasiyaya yerləşdirildi

  • By admin
  • 23 May 2021 13:40

Sabirabad sakini sirkə turşusundan zəhərlənib.

Gununsesi.info-nun məlumatına görə, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1989-cu il təvəllüdlü Vahidov Tarverdi Nadim oğlu yüksək faizli sirkə essensiyası içib.

T.Vahidov qida borusunun və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun sirkə turşusunu bilərəkdən və ya səhvən içdiyi aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info