Sabirabadda külli miqdarda narkotik vasitə aşkar edilib

  • By admin
  • 03 Noyabr 2016 14:08

kibrit

Sabirabada  53 qutu və  selofan torbada  yığılan  narkotik vasitə  olan qurudulmuş marixuana  aşkar edilərək dövriyədən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, Sabirabad rayon polis şöbəsinin əməkdaşları “Xaş-xaş-2016” kompleks  tədbirlər planına uyğun əməliyyat həyata keçiriblər. Aparılan əməliyyat zamanı  rayonun Əsgərbəyli kənd  sakini  Qarayev Rüstəm Qardaşəli oğlunun  evinə baxış keçirilib. Baxış zamanı  evin  otaqlarından birində  məişət  əşyaları arasında  gizlədilən  selofan aşkar  edilib. Araşdırma zamanı  selofan torbadan ümumi çəkisi 360 qram olan   53 ədəd kibrit qutusuna  yığlmış və  açıq  şəkildə selofanda torbada narkotik  vasitə olan qurudulmuş marixuana   götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.

marixun

Gununsesi.info