Sabirabadda maşın kanala düşdü

  • By admin
  • 15 May 2021 20:40

Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır .

Gununsesi.info