Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

  • By ilhame
  • 08 Sentyabr 2024 09:36

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı minik avtomobili “TIR” yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində Sabirabad rayon sakinləri, “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Vüsal Rüstəm oğlu və 1986-cı il təvəllüdlü Əhmədov Dəyanət Elxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

D. Əhmədovun koma vəziyyətində olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info