Sabirabadda növbəti ting paylama aksiyası keçirildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bazarstore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti dəfə “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası keçirilib.

Gununsesi.info xəbər verir ki, paylama aksiyası bu dəfə Sabirabad rayonunda yerləşən Bazarstore marketin qarşısında keçirilitəşkil olunub.

“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 33 ədəd işlənmiş batareya, ümumi tutumu 160 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

Növbəti aksiya 24 mart tarixində saat 12:00-da Lənkəranda yerləşən Bazarstore marketin qarşısında keçiriləcək. Qeyd edək ki, ting paylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.

Hər kəsi aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda, tullantıların sayının minimuma endirilməsinə və təkrar emala dəstək olmağa çağırırıq.

Gununsesi.info