
Sabirabadda oğurluq edən şəxslər saxlanılıb.
Gununsesi.info xəbər verir ki, Sabirabad sakini Dilbər Səlimova rayon Polis Şöbəsinə gələrək evindən bir çox əşyaların oğurlanması barədə rəsmi müraciət edib.
Bundan sonra rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri, 23 yaşlı Elman Məmmədov və həmyaşıdı Həsənağa Əsədzadə şübhəli şəxs qismində saxlanılıb.
Polis Şöbəsinə gətirilən şəxslər ilkin dindirilmə zamanı törətdikləri əməlləri etiraf ediblər.
Dindirilmə zamanı məlum olub ki, evdə kimsənin olmadığını bilən oğrular evə daxil olaraq oradan müxtəlif geyim, mətbəx əşyaları, eləcə də 2 ədəd velosiped oğrulayaraq aradan çıxıblar.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info