Sabirabadda pambıq emalı zavodu yandı - VİDEO/YENİLƏNDİ

Sabirabadda pambıq zavodunda başlayan yanğının əhatə dairəsi daha da genişlənib.

Gununsesi.info xəbər verir ki, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq qəbulu və emalı zavodunda yanğın hələ də davam edir.

HTML tutorial

Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib.

Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.

19:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunin Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Gununsesi.info