
Sabirabadda baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.
“Report”un xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad şəhəri, Muğan prospekti ev 34-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1955-ci il təvəllüdlü Rzayeva Firuzə Hacıbala qızı evdəki televizorun yanması zamanı aşağı ətrafından yanıq xəsarətləri alıb. Yaralı Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info