
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirlikdən Gununsesi.info-ya verilə məlumata görə, SKMF Sabirabad rayonunun Ulacalı kəndində işgüzar forum keçirib.
Sahibkarlardan iri fermer, intensiv bağçılıq, pambıqçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, soya, mərci və noxud əkini, həmçinin meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az.
Anar
Gununsesi.info